şənbə 18 aprel 2026 - 20:32
Ordu ölkəni qəhrəmanlıqla müdafiə edir

Hövzə / Ali Məqamlı Rəhbər Ordu Günü münasibətilə yayımladığı məktubda vurğulayıb ki, İslam ordusu məxsus olduğu torpağı, vətəni və bayrağı qəhrəmancasına müdafiə edir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Silahlı Qüvvələrin Ali Baş Komandanı həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Ordu Gününü münasibətiylə məktub yazaraq, bütün hərbçilərə, onların dəyərli ailələrinə və böyük İran xalqına təbrik edib. O, İslam İnqilabının qələbəsini ordunun üzərinə düşmən tərəfindən zorla tətbiq edilən zəiflik dövrünün sonu kimi qiymətləndirib və son dövrlərdə vətənin, torpağın və bayrağın müdafiəsində göstərilən şücaətlərə toxunub.

Məktubda, həmçinin şəhid olmuş Ayətullah Seyid Əli Xameneinin doğum günün ildönümü münasibətilə onun ordunun ləğvi ilə bağlı zərərli çağırışlara qarşı apardığı mübarizəyə və ordunun gücləndirilməsi istiqamətində göstərdiyi səylərə diqqət çəkilib.

Məktubun tam mətni aşağıdakı kimidir:

بسم‌الله الرّحمن الرّحیم

إِنَّ اللَّهَ یُحِبُّ الَّذینَ یُقاتِلونَ فی سَبیلِهِ صَفًّا کَأَنَّهُم بُنیانٌ مَرصوصٌ

Bağışlayan və mehriban Allahın adı ilə 

(Tərcümə: Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb vuruşanları sevər.)(Saf surəsi 4)

İyirmi 18 aprel (29 ferverdin) İran İslam Respublikasının Ordusunun yaranma günü kimi xüsusi tarix, böyük İmam Xomeyni (r) tərəfindən böyük təşəbbüslə bu adla qeyd olunmağa başlanmışdır. Bu münasibətlə bütün hərbçiləri, onların hörmətli ailələrini və İran xalqını təbrik edirəm.

İslam İnqilabının qələbəsi ordunun həyatında iki mərhələ arasında sərhəd xətti olmuşdur. Bu hadisə düşmənlərin və daxili xəyanətkarların ordunun üzərinə tətbiq etdiyi zəiflik dövrünün sonu kimi qiymətləndirilməlidir. Bundan sonra ordu öz həqiqi mövqeyini tapdı və tağut, korrupsiyalaşmış Pəhləvi rejiminə xidmət etməkdən çıxaraq xalqın daxilinə qayıtdı. Həqiqətən də, ordu xalqın övladıdır və xalqın içindən doğur.

Qısa müddət ərzində ordu ABŞ-ın, Pəhləvi rejiminin qalıqlarının və İranın parçalanmasını istəyən separatçı qüvvələrin planlarına qarşı dayanaraq böyük qəhrəmanlıqlar nümayiş etdirdi.

İslam ordusu bu gün, əvvəlki iki məcburi müharibədə olduğu kimi, məxsus olduğu torpağı, vətəni və bayrağı igidliklə müdafiə edir. O, güclü ilahi və xalq dayağına arxalanaraq, sıx və möhkəm sıralarda digər silahlı qüvvələrin mücahidləri ilə çiyin-çiyinə küfr və təkəbbür cəbhəsinin başında duran iki ordu ilə üz-üzə dayanmış, onların zəiflik və rüsvayçılığını dünya ictimaiyyətinə nümayiş etdirmişdir. Necə ki, onun pilotsuz uçuş aparatları ildırım sürəti ilə amerikalı və sionist cinayətkarlara zərbələr endirir, igid dəniz qüvvələri də düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır.

Digər tərəfdən, 18 aprel (29 fərvərdin) həm də dövrün yeganə şəxsiyyəti olan böyük şəhid rəhbərimiz Ayətullah Seyid Əli Xameneinin doğum günüdür. O, inqilabın ilk illərindən etibarən ordunun ləğvi ilə bağlı zərərli çağırışlara qarşı ən çox mübarizə aparan və sonrakı mərhələdə onun müxtəlif sahələr üzrə gücləndirilməsi istiqamətində ən böyük səyləri göstərən şəxs olmuşdur.

Şübhəsiz ki, ölkənin şərqindən qərbinə, şimalından cənubuna qədər keşiyində dayanan bu köklü və xalq yönümlü qurumun müxtəlif sahələrdə inkişaf xətti daha da gücləndirilməli və davamlı şəkildə izlənilməlidir. İnşallah, yaxın perspektivdə bu məqsədlərin həyata keçirilməsi üçün zəruri qərarlar qəbul ediləcək.

Bu yolda son 50 il ərzində müxtəlif nəsillər boyunca ordunun idarə olunmasında və inkişafında mühüm rol oynamış, bir çoxu şəhidlik zirvəsinə ucalmış qəhrəmanların irsinə diqqət yetirmək xüsusi əhəmiyyət daşıyır. Onların fəaliyyəti, proqramları və ixlaslı, nəcib davranışları silahlı qüvvələrin bütün strukturları üçün örnək və ilham mənbəyidir. Qərni, Fəllahi, Namcu, Fəkuri, Babai, Səttari, Ərdəstani və Səyyad Şirazi kimi şəxsiyyətlərdən tutmuş, son dövrün tanınmış şəhidləri Seyid Əbdülrəhim Musəvi və Əziz Nəsirzadəyədək hamısı bu yolun parlaq nümunələridir.

İran İslam Respublikasının ordusunun bütün mücahidlərinə, habelə generallarından və komandanlarından tutmuş səssiz və adsız xidmət göstərən əməkdaş və əsgərlərinə qədər Allahın salamı və rəhməti olsun. Həmçinin bu ordunun bütün fədakarlarına və qazilərinə salam olsun. Eləcə də Amerika və sionist rejimin İran xalqına qarşı apardığı məcburi müharibələrdə şəhid olmuşların hörmətli ailələrinə Allahın xüsusi rəhməti və mərhəməti olsun.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha